İki şirkət 240 min avtomobili geri çağırır

Avtoxəbər 12 May 2017 16:58 Oxunub 2229
İki şirkət 240 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problemli hesab edilən maşınlar arasında Elantra, Sonata, Santa Fe və Genesis modelləri var

Cənubi Koreya höküməti Hyundai və Kia şirkətlərinin istehsal etdiyi 240 min avtomobilin geri çağırılması barədə qərar qəbul edib. Avtosfer.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bu qərar Hyudai şirkətinin köhnə işçilərindən birinin avtomobillərin motorundakı problemi bildirməsindən sonra qəbul edilib. Problemli hesab edilən maşınlar arasında Elantra, Sonata, Santa Fe və Genesis modelləri var.  Qeyd edək ki, Hyundai və Kia şirkətləri keçən ay Şimali Koreya və ABŞ-dan 1,5 milyon avtomobili geri çağırmaq barədə qərar qəbul etmişdi.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh