Bu vəziyyətdə sola dönmək istəyən sürücü nə etməlidir - DOĞRU CAVAB

Yarışma 13 May 2017 08:35 Oxunub 3750
Bu vəziyyətdə sola dönmək istəyən sürücü nə etməlidir - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sola dönmək istəyən sürücü nə etməlidir?

a)  Bu vəziyyətdə sola dönmək qadağan olunduğundan hərəkətini düzünə davam etməli, qabaqda icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtdıqdan sonra sağa dönməlidir;

b) Yalnız piyadalara yol verərək dönməlidir;

c) Qarşıdan gələn avtomobilə və piyadalara yol verdikdən sonra dönməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.  Qanunun 75-ci maddəsinin I hissəsində isə deyilir ki,  sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu vəziyyətdə sola dönmək istəyən sürücü qarşıdan gələn avtomobilə və piyadalara yol verdikdən sonra dönməlidir.

Suala ilk doğru cavabı Həsən adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh