Polis Bakıda qızılı rəngli “Mercedes”i saxladı – Xüsusi əməliyyat

Avtoxəbər 13 May 2017 01:44 Oxunub 25007
Polis Bakıda qızılı rəngli “Mercedes”i saxladı – Xüsusi əməliyyat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi və Səbail DYP birgə əməliyyat keçirib

Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb. Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrdində DİN-in “Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin  əməkdaşlarının birgə keçirdikləri tədbir  zamanı düz 5 ay əvvəl qaçırılmış maşın tapılıb. Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif  oğlu Babayevə məxsus qızılı  rəngli “Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan  yolu, 24 ünvanında saxlanılıb. Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın  qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.  

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh