Sürücülər burada kütləvi şəkildə qayda pozur – VİDEO

Yazarlar 15 May 2017 09:03 Oxunub 1860
Sürücülər burada kütləvi şəkildə qayda pozur – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağa yerdəyişmə edərkən sol zolağa keçənlər qəza vəziyyəti yaradır

Bakıda Heydər Əliyev prospektinin sol hərəkət hissəsində, yəni üzü “Koroğlu” metrostansiyasına gedərkən əsas yoldan köməkçi yola çıxan hissəsində sürücülərin kütləvi qayda pozması barədə Avtosfer.az-a şikayət daxil olub. Oxucu tərəfindən göndərilən videoda da aydın şəkildə görünür ki, prospektin sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə keçmək üçün yaradılan ayırıcı zolağın kəsiyində sürücülər sağ zolaqdan dönmək əvəzinə ikinci cərgə yaradaraq orta zolaqdan sağa dönürlər. Belə olan halda həm sol hərəkət hissəsində tıxac və maneə yaranır, həm də dönmə yerində sıxlıq meydana gəlir. Üstəlik, ikinci zolaqdan dönməyə çalışanlar digər sürücülərə qəza vəziyyəti yaradırlar. Bu halda onları cərimə də gözləyir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh