Robot-balıqlar planetin ekologiyasını xilas edəcək

Texnologiya 13 May 2017 19:30 Oxunub 1903
Robot-balıqlar planetin ekologiyasını xilas edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq elmi işçilər həm də balıqların sağlamlığına nəzarət edə biləcəklər

İtaliyanın Florensiya Universitetinin alimləri suyun keyfiyyətinə nəzarət edən robot-balıqlar tərtib ediblər. Avtosfer.az lent.az-a istinadən verdiyi məlumata görə, gözlənilir ki, bu maşınlar ekoloji resurslara nəzarət və vaxtlı-vaxtında ətraf mühit şəraitinin dəyişikliyi ilə bağlı xəbərdarlıq edəcəklər. Alimlər diqqəti planetin su resurslarının mühafizəsinə yönəltməyi qərara alıblar. Okean və dənizlərə çıxışı olan bir çox ölkələrin sakinlərinin rasionu dəniz məhsullarından ibarətdir. Bununla əlaqədar olaraq sual yaranır ki, insanlar zəhərli məhsulların istifadəsindən necə qorunsun. Suyun çirklənməsinin, həmçinin dəniz canlılarında xəstəliklərin inkişafının qarşısını almaq üçün okean və dənizlərin ekologiyasına nəzarəti həyata keçirmək vacibdir. Alimlər bu məqsədlə planetin su resurslarını təmizləyə biləcək robot-balıq yaradıblar. Quyruğu nəzərə alınmamaqla, robotun uzunluğu 30 sm təşkil edir. Robot suyun keyfiyyət göstəricilərinə nəzarət edir və ekologiyanın korlanması zamanı dərhal mütəxəssisləri xəbərdar edir. Artıq elmi işçilər yalnız suyun parametrlərinə deyil, həm də balıqların sağlamlığına nəzarət edə biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh