Şok kadrlar: it sahibini parçalayıb yedi – FOTO + VİDEO +21

Avtosfer TV 13 May 2017 20:00 Oxunub 10710
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İt sahibini öldürəndən sonra tam bir saat onu gəmirərək yeyirdi"

Qəzəblənmiş rotveyler sahibinə hücum çəkib, onu yerə yıxıb və öldürəndən sonra parçalayaraq yeməyə başlayıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, olay  Hindistanın Haryana bölgəsindəki Panipat kəndində yaşanıb. 52 yaşlı Mani Ram çalışdığı fermaya yollanıb. O, Hardip Sinqh adlı iş adamına məxsus fermada gözətçi işləyirdi. Darvazanı bağlayandan sonra Ram hər gün olduğu kimi, "Tayqr" adlı, rotveyler cinsindən olan köpəyi zəncirdən açaraq buraxıb. Hirsli Tayqr da Rama hücum çəkib, onu yıxıb, öldürüb və sonra da parçalayaraq yeməyə başlayıb. Hadisə yerinə gəlmiş polis 3 yaşlı Tayqrı sakitləşdirərək tutmağa 4 saat vaxt sərf edib. Polisin dediyinə görə, it sahibini öldürəndən sonra tam bir saat onu gəmirərək yeyirdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh