Təkər alarkən nələrə diqqət etmək lazımdır? - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Qaydalar 15 May 2017 01:42 Oxunub 2674
Təkər alarkən nələrə diqqət etmək lazımdır? - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Açıq şəraitdə deformasiyaya uğramış şinlərin avtomobilə taxılmsı qəzaya səbəb ola bilər

Əksər sürücülər təkər alarkən onun hansı şəraitdə saxlanılmasına fikir vermir. Əslində isə burada diqqət ediləsi bəzi məqamlar var. Hazırda bazarda təkərlər həm açıq, həmdə bağlı şəraitdə satılır. Ustaların dediyinə görə, açıq şəraitdə saxlanılan təkərlərin bağlılarla müqayisədə bir sıra mənfi xüsusiyyətləri var.

Təkər bazarında çəkiliş apararkən də məlum oldu ki, satıcılar bu tələblərə əməl etmir. yəni təkərlər açıq şəkildə satılır. Satıcılar deyirlər ki, xaricdən təkər alarkən ona üzlük vurdurmaq üçün əlavə bir dollar tələb olunur ki, bunda da əksər alıcı maraqlı deyil.

Usata, Sahil Ağabəyli deyir ki, təkərlər mütləq bağlı şəraitdə saxlanılmalıdır. Əks halda onların ömrüz göstəriləndən az olur.

Ustanın sözlərinə görə, açıq şəraitdə deformasiyaya uğramış şinlərin avtomobilə taxılmsı hətta qəzaya da səbəb ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh