Eyni maşınla 47 il və Ginnesin rekordlar kitabı - FOTOLAR

Avtodünya 15 May 2017 02:34 Oxunub 2583
Eyni maşınla 47 il və Ginnesin rekordlar kitabı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir "Volvo" ilə bütün Amerikanı 47 il gəzib

Eyni avtomobillə 5 milyon kilometr yol getdi. Avtosfer.az sfera.az-a istinadən bildirir ki, bir "Volvo" ilə bütün Amerikanı tam 47 ildə gəzmək nə deməkdir bilirsiniz? Budur, 74 yaşlı təqaüdçü müəllim Irv Gordon, 1966 model "Volvo P1800 Coupe" ilə bunu edərək avtomobilin tarixində görülməmiş bir rekorda imza atıb. 47 ildir sahibi olduğu "Volvo"suyla bir avtomobillə edilən ən yüksək kilometr ilə Ginnesin Rekordları arasına girən Gordon rekordun qeydiyyat anı üçün, Amerikada maşınıyla gəzmədiyi iki əyalətdən biri olan Alyaskada müəyyən bir avtobanı seçib.

Amerikan ölçüləri ilə Gordonun qət etdiyi yol 3 milyon mile bərabərdir. Bu da ildə ortalama 63.829 mil, təxminən 100 min km-ə qarşılıq gəlir. Macərapərəst sürücü "Volvo Coupe" maşını ilə ilk milyonuncu milinə 1987-ci ildə çatıb.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh