“07” ilə şou göstərən gənclər “Beşbarmaq”da dərəyə uçdular – REAL VİDEO

Avtoreyd 15 May 2017 02:44 Oxunub 34891
“07” ilə şou göstərən gənclər “Beşbarmaq”da dərəyə uçdular – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozmaqdan ləzzət alan gənclərin qəza anında çıxardığı qorxunc səslər ibrət dərsi olmalıdır

Avtoxuliqanlıq edən gənclərin qəza anının videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobili idarə edən sürücü sürəti 120-yə qaldırır və maşındakıları bundan zövq alırlar. Onlar sürücünü daha da qızışdırmağa başlayır və “Beşbarmaq” dağı yaxınlığında avtomobil sərt döngədə qəfil tormozlama nəticəsində yoldan çıxaraq dərəyə aşır. Bir qədər əvvəl sürətlə hərəkətin, qayda pozmağın adrenalinini çıxaran gənclərin qəza anında çıxardığı qorxu dolu səslər başqalarına ibrət dərsi olmalıdır.

Hər zaman sürücülərə səslənib bildiririk ki, avtomobildən əyləncə vasitəsi kimi yox, nəqliyyat vasitəsi kimi istifadə edin. Lakin buna baxmayaraq onlar çox vaxt bu sözləri eşitmədən, görmədən yolda min oyundan çıxırlar ki, bunun da sonu faciə ilə bitir.

Gördüyünüz bu gənclər avtomobildə təhlükəsizlik kəmərini taxmadan yüksək sürətlə hərəkət edirlər və sonda qəfildən idarəetməni itirərək avtomobili aşırırlar. Ümid edirik ki, onlar əgər sağ qalmış olsa, bu hadisədən nəticə çıxararaq bir daha yolda belə mədəniyyətsiz hərəkət etməyəcəklər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh