Avtomobil qəzası zamanı ilk tibbi yardım - Bunları mütləq bilməlisiniz

Qaydalar 15 May 2017 15:00 Oxunub 4798
Avtomobil qəzası zamanı ilk tibbi yardım - Bunları mütləq bilməlisiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk növbədə kömək edən insanlar öz təhlükəsizliyini düşünməlidir

Heç kimin sığortalanmadığı qəza zamanı xəsarət almış insanlara necə yardım edilməlidir? Avtosfer.az xəbər verir ki, ilk növbədə kömək edən insanlar öz təhlükəsizliyini düşünməlidir. Yalnız bundan sonra ilkin tibbi yardım göstərmək olar. Avtomobil qəzası zamanı xəsarət alan şəxsin həyatı üçün təhlükə yoxdursa, həmin şəxsə toxunmaq məsləhət deyil. Əks halda xəsarət alan şəxsin vəziyyətini daha da pisləşdirə bilərsiniz. Qəza zamanı xəsarət alan şəxsin ürəyi az da olsa döyünürsə, ona ürək masajı etmək olmaz. Masaj yalnız ürəyin fəaliyyəti dayandıqda olunur. Qəza zamanı xəsarət alan şəxsdə qanaxma baş veribsə, ilk növbədə qanaxmanın növü təyin edilməlidir. Kapilyar qanaxma öz-özünə keçib gedir. Ancaq daxili qanaxma zamanı zərərçəkənin rəngi ağarmağa başlayır. Belə olan halda, vətəndaşı hərəkətsiz halda saxlayın. Zərərçəkən uzanmış vəziyyətdə olmalıdır.

Qeyd: “103” – ilk zəng ediləcək telefon nömrəsi olmalıdır. Azərbaycanın hər yerindən istər mobil, istərsə də ev telefonlarından pulsuz olaraq zəng edə bilərsiniz.

“112” nömrəli telefona maşında sıxılıb qalmış şəxs olduqda zəng edilməlidir.

 

metbuat

ŞƏRH YAZ
Ad

E-mail

Şərh