Azərbaycana ilk qızıl medalı qazandıran Ruslan Lunyov DİN əməkdaşıdır

Yol polisi 15 May 2017 15:44 Oxunub 1336
Azərbaycana ilk qızıl medalı qazandıran Ruslan Lunyov DİN əməkdaşıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN: "Əməkdaşlarımiz ölkəmizi təmsil edirlər, qələbə qazanırlar"

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər hadisədir. Bu günlər İslam dünyasının nəbzi Azərbaycanda döyünür. Sülh, dostluq, qardaşlıq bayramı günlərinin hər biri islam ölkələrinin idmançılarının gücünü, hazırlığını göstərir. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, bu beynəlxalq idman yarışında Azərbaycan təmsilçiləri layiqincə çıxış edir, onlara olan ümidəri doğruldurlar. Bütün ölkə idmançıları ilə bir sırada ölkəmizin yığma komandalarının tərkibində təmsil olunan daxili işlər orqanlarının əməkdaşlarının və DİN İdman Cəmiyyətinin yetirmələrinin uğurları gecə-gündüz sayıq xidmətdə olan, İslamiadanın təhlükəsizlik tədbirlərində yaxından və çox fəal iştirak edən polislərimiz üçün ikiqat bayram ovqatı yaradıb. Sevindirici haldır ki, ölkəmizin idman tarixinə zəfərlər yazan medalçılarımızın arasında DİN İdman Cəmiyyətinin yetirmələri də var. 

Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Bu uğurunu sonradan 25 metr məsafədən sürətli atəş açma yarışında da təkrar edərək, komandamıza ikinci qızıl medalı qazandırıb.

Karatenin kumite yarışlarında mübarizə aparan DİN Daxili Qoşunlarının əsgəri, iki il əvvəl ölkəmizdə təşkil olunan ilk Avropa oyunlarının qalibi Ayxan Mamayev səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev isə 3:1 hesabı ilə qalib gələrək, finalda türkiyəli Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı komandamızın hesabına gümüş medal qazandırıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh