Qazaxda avtomobil yolu yenidən qurulur - VİDEO

Yeniliklər 15 May 2017 16:50 Oxunub 1257
Qazaxda avtomobil yolu yenidən qurulur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb

Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hisəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 metrdir. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a daxil olan məlumatda qeyd edilib. Məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolboyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kv.m sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Yenidənqurma işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh