Sürücü səkiyə çıxaraq piyadaları vurub – VİDEO

Avtosfer TV 15 May 2017 17:06 Oxunub 2194
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisəsini kimin törətdiyi müfəttişlər tərəfindən araşdırılır

Rusiyanın Ryazan şəhərinin mərkəzində dəhşətli qəza baş verib. Avtosfer.az salamnews-a istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən avtomobil səkiyə çıxaraq yaxınlıqdakı şəxsləri vurub və yerli məhkəmə binasına çırpılıb. Yol qəzasının görüntüləri internetdə yayılıb. İlkin məlumata görə, qəzada üç nəfər xəsarət alıb. Onlarla insan yaralılara kömək etməyə çalışıb. Şahidlərin bəzisi avtomobil sürücüsünün günahkar olduğunu bildirib. Digərləri isə üzərində “Yeni başlayan sürücü” qeydi olan digər avtomobilin sürücüsünün qəzaya səbəb olduğunu qeyd edib. Yol-nəqliyyat hadisəsini kimin törətdiyi müfəttişlər tərəfindən araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh