"SpaceX" təyyarələrdə Wi-Fi təmin edəcək peyk buraxıb

Texnologiya 16 May 2017 19:03 Oxunub 1393
"SpaceX" təyyarələrdə Wi-Fi təmin edəcək peyk buraxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Falcon 9 raket daşıyıcısı Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb

ABŞ-ın özəl "SpaceX" şirkətinə məxsus "Falcon 9" raket daşıyıcısı orbitə "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, bu peyk digərləri ilə birlikdə təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək. "Falcon 9" Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb. "Inmarsat-5 F4" dənizdə, havada və yerdə yüksək sürətli internet təmin etmək üçün səfərbər olunan "Global Xpress" orbital qruplaşmasında dördüncü peyk olacaq. Qeyd edək ki, "Boeing" korporasiyası tərəfindən istehsal olunan "Inmarsat-5 F4" peyki altı tondan bir qədər ağırdır. Bu, "Falcon 9"un orbitə çıxardığı ən böyük yükdür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh