"Sürücülər şəxsi avtomobillərdən az istifadə etsinlər"

Yol polisi 16 May 2017 16:43 Oxunub 1633
"Sürücülər şəxsi avtomobillərdən az istifadə etsinlər"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP: "İstənilən rayon qeydiyyatında olan avtomobil şəhərə buraxılır"

"İstənilən halda nəqliyyatın hərəkətində ara-sıra sıxlıq yarana bilər. Çünki saat 22:00-dən rayon qeydiyyatında olan avtomobillərin buraxılışına icazə verilirsə, nəqliyyat vasitələrinin hamısı birdən hərəkətə başlayırlar". Bu sözləri sfera.az-a danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu günlərdə nəqliyyat vasitələrinin Bakı şəhərində və müəyyən küçələr üzrə hərəkətində məhdudiyyətlər yaranıb: "Bu da sarı rəngdə xüsusi zolaqların çəkilməsi ilə bağlıdır. Sürücülər IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ərəfədə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər. Axşam saat 22:00-dən səhər saat 07:00-yə qədər istənilən rayon qeydiyyatında olan avtomobillər şəhərə buraxılır və buraxılmasında da heç bir problem yaranmır", - deyə o bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh