“Sarı zolaq”a görə 10 günə 36 min manat cərimə yazıldı - Bakıda

Yol polisi 16 May 2017 17:34 Oxunub 1636
“Sarı zolaq”a görə 10 günə 36 min manat cərimə yazıldı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda vəziyyət qənaətbəxşdir"

Bakı Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov İslamiada ilə əlaqədar paytaxt küçələrinə çəkilən sarı zolağa daxil olan nəqliyyat vasitələrinə yazılan cərimələrdən danışıb. “Bu günədək 900-dən artıq şəxs sarı zolağa daxil olduğu üçün cərimələnərək məsuliyyətə cəlb ediliblər. Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, hazırda vəziyyət qənaətbəxşdir. Nizam-intizam qaydalarına əməl edilir. Müxtəlif texniki vasitələrin köməkliyi ilə sarı zolaqlara nəzarət ounur”.  Sarı Zolağa daxil olanlar üçün nəzərdə tutulan cərimə məbləği 40 manat olduğundan bu günədək cərimlənənlərin sayına müvafiq olaraq deyə bilərik ki, mayın 5-dən etibarən 36 min manatdan artıq cərimə məbləği hesablanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh