Rusiyanın son model tankı ABŞ-ı narahat etdi - FOTO

Texnologiya 17 May 2017 14:37 Oxunub 1411
Rusiyanın son model tankı ABŞ-ı narahat etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
T-14-lərin seriyalı istehsalına 2018-ci ildə başlanacaq

ABŞ hərbçiləri Avropada döyüşçülərə maksimum yaxın ərazidə yeni yüksək texnologiyalı kamuflyaj sınaqlarına başlayıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu, Rusiyanın kəşfiyyat üçün nəzərdə tutulan yeni optik-elekrtonik kompleksləri olan “Armata” tankları və digər hərbi maşınlara cavab reaksiyasıdır. Sınaqları Avropada ikinci süvari alayının bazasında ötən həftə Barrakuda kamuflyajlı mobil sistem dəstləri ilə təmin olunan ABŞ hərbçiləri keçirir. Bu, hərbi texnikanı daha az nəzərə çarpan edir və infraqırmızı diapazona malikdir. Ekspertlər bu yeni kamuflyaj texnikalarını Rusiya Federasiyası ordusundakı modernləşməyə kimi qiymətləndiriblər. Əsasən söhbət “Armata” tanklarından və “Kurqanets” döyüş maşınları kompleksindən gedir. Rusiya istehsalı olan T-14 “Armata” üçüncü nəslin yeganə tankıdır. T-14-lərin seriyalı istehsalına 2018-ci ildə başlanacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh