Bu sürücü hər gün yolun bir zolağını zəbt edir – DYP görmür? - FOTO

Xəbərlər 17 May 2017 21:25 Oxunub 2127
Bu sürücü hər gün yolun bir zolağını zəbt edir – DYP görmür? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öz qazancanı düşünən bu sürücü tıxac yaradaraq başqalarını ziyana salır

Bu fotonu feysbookda jurnalist Əmrah Fəqanoğlu paylaşıb. Avtosfer.az bildirir ki, fotoda öz qazancını düşünərək yolu kəsən, tıxac yaradaraq başqalarını ziyana salan sürücünün hərəkəti əks olunub. Jurnalist yazır ki, fotonu bu gün səhər işə gələndə öz maşınından Təzə bazarın qarşısında çəkib: "Sağ zolaqda dayanan sürücüsüz taksi müştəri gözləmək üçün işıqforun qarşısında o yer zəbt edib. Onun ucbatından işıqforun qarşısında bir zolaq iflic olmaqla, böyük sıxlıq yaranır. Amma nə yol polisi, nə də avtomobil ovuna çıxan evakuatorlar bu avtomobili "görürlər". Hər gün bu cür yerlərdə eyni mənzərənin şahidi oluruq təəssüf ki... 

Halbuki 2 həftə əvvəl mənim avtomobilimi evakuator yolayrıcına yaxın saxlanılmaq bəhanəsilə elə qaçırıb apardı ki, özümü çatdırmağımı belə görməzdən gəldilər. Sonradan iradımı bildirəndə də "şikayət et" dedilər. Prosedurun nə qədər vaxt aparacağını düşünəndə isə sadəcə, haqq etmədiyim cəriməmi ödəyəsi oldum".

Avtosfer.az bildirir ki, həmin ərazidə eyni mənzərə hər gün yaranır və ikinci zolaqda təkcə bu sürücü yox, onlarla beləsi dayanıb yolu kəsir. Maraqlıdır ki, bütün bu proseslər DYP-nin kamerasının qarşısında baş verir və nəticədə Səməd Vurğun küçəsində Maliyyə Nazirliyinin qarşısına qədər tıxac yaranır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh