Avtobusların "ciblik" problemi - VİDEO

Xəbərlər 7 Noyabr 2014 23:59 Oxunub 1584
Avtobusların "ciblik" problemi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin "ciblik"lərdən istifadə etməməsi şəhərdə tıxac yaradır

Avtobuslar yoldakı "ciblik"lərdən istifadə etmir. İctimai nəqliyyat vasitələri onlar üçün tikilmiş cibliklərə daxil olmaqdansa yolun onlara məxsus olmayan hissəsindən dayanacaq kimi istifadə etməyə üstünluk verir. Bu isə yolda tıxacların yaranmasını qaçılmaz edir. Hətta bəzi dayanacaqlar ümumiyyətlə istifadəsiz qalır. Sərnişinlər isə məcbur olaraq bardürlərin üzərində avtobusları gözləyir. İctimai nəqliyyat vasitələrinin cibliklərə daxil olmaması isə taksi və şəxsi avtomobillər üçün rahat park yerinin əmələ gəlməsinə şərait yaradır. Yaranmış vəziyyətin səbəbkarı olan avtobus sürücüləri isə hərəsi özünə bir səbəb taparaq haqq qazandırdı. Məlum olur ki, avtobus sürücülərini dayanacaqlarından didərgin salan elə taksi sürücüləridir. Taksi sürücülərindən bəziləri dayanacaqdan təxminən 10 metrlik məsafədə dayansa da "ciblik"də müştəri gözləyənə dəvar. 

Məsələ ilə əlaqədar Bakı Sərnişin və Yükdaşımalarının Təşkili Məhdud Məsuliyytli cəmiyyətə müraciət etdik. Qurum rəsmisi Əmrah Cəfərov dedi ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Dövlət Avtomobil Xidməti Bakı Sərnişin və Yükdaşımaları İdarəsi ilə birgə deyilənləri müzakirə edərək çıxış yolları axtarıblar. Yaxın müddətdə isə təkliflərin həyata keçirilməsinə start veriləcək.

Cibliklərin ölçülərinin avtobusların miqyasına uyğun olmamasına aydınlıq gətirən Əmrah Cəfərov sürücülərin həqiqətən də haqlı olduğunu əlavə etdi. O "ciblik"lərin genişləndirilməsinə ehtiyac olduğunu bildirdi. ANS

ŞƏRH YAZ
Ad

E-mail

Şərh