Sarı zolağa girən sürücünü bir gündə neçə dəfə cərimə etmək olar? – VİDEO

Yazarlar 18 May 2017 00:19 Oxunub 6420
Sarı zolağa girən sürücünü bir gündə neçə dəfə cərimə etmək olar? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir sürücüyə hətta bir gündə 50 dəfə elektron protokol yazıla bilər

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mayın 5-dən etibarən Bakıda sarı xətlə işarələnmiş zolağa giriş qadağan edilib. Ancaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi məlumata görə, indiyədək sarı zolağa girdiyi üçün cərimə olunan sürücülərin sayı mindən çox olub.

Avtosfer.az-a müraciət edən bəzi sürücülərin bir sürücünün gün ərzində neçə dəfə cərimə oluna biləcəyini soruşub. Avtosfer.az-ın və SMSradar xidmətinin hazırladığı bu videoda yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücüləri maraqlandıran həmin suala cavab verib. Qanuna görə, zolağa girən sürücü neçə kameranın altından keçirsə, o qədər də elektron protokol tərtib edilə bilər. Hətta onu yol polisi əməkdaşı da yolda saxlayıb cərimə yaza bilər.

Videonu təqdim edirik:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh