Kondisionerə qaz vurdurarkən diqqətli olun – Görün usta nələr danışır – VİDEO

Avtoxəbər 18 May 2017 01:36 Oxunub 12446
Kondisionerə qaz vurdurarkən diqqətli olun – Görün usta nələr danışır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Filtiri dəyişməyən sürücüləri ciddi təhlükə gözləyir; bu filtirlər məsləhətdir

Yaz-yaz mövsümündə sürücülərin avtomobilə qulluq etməsi mütləq lazımdır. İlk növbədə kondisionerin qazını dəyişən, qaz vurduran sürücülər çoxluq təşkir edir. Avtosfer.az bunları nəzərə alaraq kondisioner ustası Cavidan usta ilə bu barədə qısa vedeosujet hazırlayıb. Usta deyir ki, kondisionerlərin həcmi fərqli olduğu üçün hər avtomobilə fərqli miqdarda qaz-frion vurulur. Bu zaman avtomobildə olan qazı xüsusi aparatla sovurub yeniləmək lazımdır. Qaz vurularkən filtiri də dəyişmək vacibdir. Cavidan ustanın dediyinə görə, bəzi sürücülər filtiri təmizləyib yenidən istifadə edirlər. Lakin bu, daha böyük təhlükə yaradır. Çünki filtirin içində yatan mikroblar və toz qatı oyanır ki, bu da insan sağlamlığı üçün ziyanlıdır: “Digər filtirlər bir yana, məhz hava filtiri sürücü üçün çox vacibdir. Çünki bu filtiir vasitəsilə salona hava verilir və bu zaman avtomobilin mühərrik sistemindən çıxan zəhərli qazlar süzgəcdən keçirilməlidir. Bu zaman təbii ki, sürücülər təmiz hava almağı üstün tutmalıdırlar. Bunun üçün də kömürlü filtirlərdən istifadə etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Cavidan usta “Gomas Avto” avtomobil ehtiyyatları şəbəkəsinin Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki "Monza" avtoservisində çalışır. O, qazın 100 ramını 5 manata vurur. Kondisioner sistemində problem olmasa yalnız vurulan frionun pulu tələb olunur.

Tel: 070 860 33 22.

Cavidan usta ilə videosujeti təqdim edirik:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh