Bu küçədə geriyə dönəni DYP cərimə edəcək – Nişan dəyişib - FOTO

Avtoxəbər 18 May 2017 13:22 Oxunub 12069
Bu küçədə geriyə dönəni DYP cərimə edəcək – Nişan dəyişib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geriyə dönən sürücüləri yol polisi əməkdaşları 40 manat cərimə edir

Bakının Təbriz küçəsində hərəkət sxeminə dəyişiklik olunub. Avtosfer.az bildirir ki, əvvəllər Təbriz küçəsi ilə hərəkət edən avtomobillər Həsənoğlu küçəsiylə kəsişməni keçdikdən sonra Bakı Konqres Mərkəzinin yanından geriyə dönüb “Nərimanov” metrosu istiqamətinə gedə bilirdilər. Lakin təzəlikcə həmin geriyə dönmə yerinin qarşısına yalnız düzünə və sağa hərəkətə icazə verən məcburi hərəkət istiqaməti nişanı quraşdırılıb. Yəni bundan sonra həmin yerdən geriyə dönmək qadağandır. Geriyə dönən sürücüləri YPX əməkdaşları 40 manat miqdarında cərimə edir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh