Şumaxerin həyat yoldaşı övladlarının öldürülməsi ilə hədələnib

Yarışma 18 May 2017 12:55 Oxunub 1634
Şumaxerin həyat yoldaşı övladlarının öldürülməsi ilə hədələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayətkar bank hesabı nömrəsi ilə müəyyənləşdirilib

"Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib. Avtosfer.az "Report"a istənadən xəbər verir ki, şantajçı xanım Şumaxerdən 900 min avro pul tələb edib. Belə ki, 2016-cı ilin fevral ayında naməlum şəxs Korinnanın elektron poçtuna mesaj göndərərək martın 31-dək pulun köçürülməyəcəyi təqdirdə bala Şumaxerləri öldürəcəyini yazıb. Şumaxerlərin iki övladı - Cina Mariya adlı qızı və Mik adlı oğlu var. K.Şumaxer polisə müraciət edib və cinayətkarın kimliyi bank hesabı nömrəsi ilə müəyyənləşdirilib. Məhkəmə zamanı 25 yaşlı kişi günahını etiraf edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh