Polisin yetirmələri yenə uğur qazandılar

Yol polisi 18 May 2017 13:09 Oxunub 1292
Polisin yetirmələri yenə uğur qazandılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onları əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının hər ötən günü idmançılarımız yüksək ustalıq nümayiş etdirir, həmvətənlərimizə qələbə sevinci bəxş edirlər. Polis idmançılarının və məşqçilərinin yetirmələrinin hər yeni uğuru İslamiadanın təhlükəsizliyinə cəlb olunmuş asayiş keşikçiləri üçün ikiqat bayrama çevrilir. Bu sırada bizlərə bu sevinci yaşatmış güllə atıcısı Ruslan Lünyovun, karateçi Ayxan Mamayevin, cüdoçu Kənan Abdullaxanlının ardınca polisin digər təmsilçiləri də qələbə əzmini göstərir. Ötən gün DİN İdman Cəmiyyətinin yetirməsi, taekvandoçu Fəridə Əzizova inamla çıxış edib, mükafatları sırasına daha bir gümüş medal əlavə edib. 

Yunan-Roma üsulu ilə güləşən pəhləvanların sırasında mübarizəyə qatılan Avropa çempionu Rafiq Hüseynov növbəti uğurunu əldə edib. Keçirdiyi görüşləri inamlı qələbələrlə başa vurub, finala qədər irəliləyən pəhləvanımız gümüş medala sahib olub. DİN İdman Cəmiyyətinin yetirməsi Kamran Məmmədov keçirdiyi bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb, bu gün axşam baş tutacaq həlledici görüşə böyük ümidlər bəslənir.

Hər iki idmançımızın hələ yeniyetməlik çağından əldə etdiyi qələbələri daxili işlər orqanlarının əməkdaşları böyük maraqla izləyiblər. Böyük idmana DİN İdman Cəmiyyətinin güləş bölməsindən başlayan təmsilçilərimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb. Ümid edirik ki, onlar, bundan sonra da ölkəmizin idman şərəfini layiqincə qoruyacaq, vətənimizə yeni qələbələr qazandıracaqlar.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh