“Bir yoldayıq” - Bakı Nəqliyyat Agentliyindən - VİDEO

Qaydalar 18 May 2017 23:45 Oxunub 1480
“Bir yoldayıq” - Bakı Nəqliyyat Agentliyindən - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA-nın bu kampaniya ilə çatmaq istədiyi məqsəd aşağıdakılardır

Bakı Nəqliyyat Agentliyi yeni videoçarx hazırlayıb. Agentlikdən Avtosfer.az-a daxil olan məlumata görə, “Bir yoldayıq” kampaniyası çərçivəsində istifadə ediləcək maarifləndirici təbliğat vasitələri, ictimai nəqliyyatdan istifadə edən kütlənin fikirlərinin öyrənilməsi, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və s. sosial yönümlü aksiyalar qeyd etdiyimiz problemlərin həlli yollarını tapmaqda kömək olacaq.

BNA-nın bu kampaniya ilə çatmaq istədiyi məqsəd aşağıdakılardır: 

* İctimai maarifləndirmə vasitələri ilə yalnız cəmiyyətin diqqətini cəlb etmək yox, həm də ictimaiyyəti nəqliyyat sahəsindəki çatışmazlıqlara qarşı bizimlə birgə mübarizə aparmağa təşviq etmək;

* Yol hərəkəti iştirakçılarını innovativ və dayanıqlı nəqliyyat xidmətləri ilə təmin etmək;

* Sürücü, sərnişin və piyadaların sosial məsuliyyətlərini dərk edərək bir-birinə, eləcə də digərlərinə nümunə olmalarına nail olmaq;

* Kampaniyanın sosial xarakter daşıdığını nəzərə alaraq, ictimaiyyətin fikirlərini, təklif və şikayətləri öyrənmək və tətbiq etmək.

Layihə Bakı şəhərini əhatə edəcək və kampaniya çərçivəsində müxtəlif ali məktəblərin tələbələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq ediləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh