Bu da yol qaydalarını bilməyən sürücülərimiz – Biabırçı VİDEO

Yazarlar 19 May 2017 01:38 Oxunub 6324
Bu da yol qaydalarını bilməyən sürücülərimiz – Biabırçı VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosfer.az-ın əməkdaşı qayda pozaraq təhlükə yaradan iki sürücünü qanunla susdurdu

Azərbaycanda yol hərəkəti qaydalarını kitabdan yox, dost tanışdan, atadan, qardaşdan öyrənən sürücülər çoxdur. Belələri ilə qanun-qayda ilə danışanda çaş-baş qalırlar və qaydaları bir kənaraq qoyub “dədəd-baba qaydasından”, hörmət-izzətdən danışırlar. Onlara elə gəlir ki, qaydaları yazanlar ağılsızdır və qaydalar o qədər də önəmli deyil. Avtosfer.az-ın təqdim etdiyi bu videolara baxandan sonra isə başa düşəcəklər ki, qaydaların pozulmasa bir anda ağır qəzaya səbəb ola bilər. Bu zaman “dədə-baba” qaydaları köməyə gəlməyəcək...

Mayın 13-də Bakı-Ələt yolunda qayda pozan sürücülər Avtosfer.az-ın əməkdaşı tərəfindən saxlanılıb və onlara qanunun tələbləri izah olunub. Belə ki, Bakı-Ələt yolunun 43-cü kilometrində "Daf" markalı 99-JH-547 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü hərəkət sürətini aşaraq zolağını dəyişən zaman sağ zolaqda hərəkət edən Avtosfer.az-ın əməkdaşınını avtomobilinə qəza şəraiti yaradıb. Həmin sürücü saxlanılaraq sürücümüz tərəfindən qanunun tələbləri izah olunub və görüntülərin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə xəbərdarlıq edilib.

"VAZ 2107" markalı 10-SV-147 qeydiyyat nişanlı avtomobilin sürücüsü də zolağını sola dəyişən zaman yanaşı zolaqdakı avtomobili sıxışdırdığına görə saxlanılıb və ona da qanunun tələbləri izah olunaraq görüntülərin Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsi barədə xəbərdarlıq olunub. Təəssüf ki, hər iki sürücü kobud qayda pozuntusuna yol verdiyi halda özünü haqlı çıxarmağa çalışlb və yol hərəkəti qaydalarını yox, öz bildiklərini əsas gətirmək istəyiblər.

Sürücülərlə yaranan dialoqu sizə təqdim edirik və bildiririk ki, yolda qayda pozanlarla bağlı sürücülər tərəfindən göndərilən görüntülər DYP-yə təqdim olunacaq.


Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh