Ən təhlükəsiz avtomobillərin adları AÇIQLANDI

Avtoxəbər 19 May 2017 19:31 Oxunub 1961
Ən təhlükəsiz avtomobillərin adları AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sınaqlar nəticəsində ən təhlükəsiz avtomobil "Honda Insight" seçilib

Keçirilmiş zərbə testlərindən sonra "Euro NCAP" komitəsinin ekspertləri ən təhlükəsiz avtomobillərin reytinqini tərtib ediblər. Nəqliyyat vasitələri bir neçə meyar əsasında qiymətləndirilib. Avtosfer.az-ın salamnews-a istinadən xəbərinə görə, sınaqlar nəticəsində ən təhlükəsiz avtomobil "Honda Insight" seçilib.

Bu modelin sınaqları hələ 2009-cu ildə keçirilsə də, model "Toyota Prius"-un nəticələrini geridə qoyub. "Toyota" da 326% toplamaqla yüksək təhlükəsizlik reytinqi qazanıb.

İkinci yeri 356%-lə 5-ci nəsil BMW markası tutub.

"Euro NCAP" ekspertlərinin fikrincə, üçüncü yerə 2011-ci ildə testdən keçirilmiş "Chevrolet Aveo" layiqdir.

Liderlər beşliyinə "Volvo V40" və "Qoros 3 Sedan" daxildir.

Keçirilmiş zərbə testləri "Mercedes-Benz V-Class", "Volvo XC90" və "Toyota Prius" hibridinin də təhlükəsizliyini üzə çıxarıb. Onluğa "Volvo V90/S90" yekun vurur. Avtomobil 2017-ci ildə yekun sınaqlardan keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh