Belə sürücülük vəsiqəsi olanların diqqətinə - Məsələyə aydınlıq gətirildi

Avtoxəbər 19 May 2017 15:44 Oxunub 37400
Belə sürücülük vəsiqəsi olanların diqqətinə - Məsələyə aydınlıq gətirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xarici vəsiqəni təqdim etmək yetərlidir, sonra özünə qaytarılacaq

Xaricdə alınan sürücülük vəsiqələrinin Azərbaycan vəsiqəsinə dəyişdirilməsi işindəki bir qaranlıq məqama Nazirlər Kabineti bu gün aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələni şərh edib. O bildirib ki, təcrübədə belə vəsiqəni dəyişdirərkən onun notarial qaydada təsdiq edilən Azərbaycan dilinə tərcüməsi tələb olunurdu. Bundan sonra tərcüməyə ehtiyac qalmayacaq. Xarici vəsiqənin özünü təqdim etmək yetərlidir və şəxsə bizim vəsiqə verilərkən xarici vəsiqə də özünə qaytarılacaq.

Digər yenilik odur ki, xarici vəsiqəni Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dəyişirsə, miqrasiya orqanının verdiyi həmin icazənin notarial qaydada təsdiq edilmiş surətini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinə verməlidir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh