Polislər şagirlərlə görüşdülər

Yol polisi 19 May 2017 16:20 Oxunub 1365
Polislər şagirlərlə görüşdülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis veteranlarının təcrübələri hər zaman bizim üçün dəyərlidir

Paytaxtın Nərimanov rayonundakı Respublika Humanitar Fənlər Gimnaziyasında Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib. Tədbirdə RPİ-nin rəisi, polis polkovniki Nəriman İmanov, Veteranlar Şurasının sədri Paşa Kərimov və YYÇ PİTB-nin rəisi, polis mayoru Rüstəm Rüstəmov mövzu ətrafında çıxışlar ediblər.  

Ailədə pis vərdişlərə, narkomaniyaya düçar olmuşların vaxtında aşkarlanması və ya önçədən qarşının alınması məqsədi daşıyan tədbirdə ailə, məktəb və polis vəhdətinin təkcə "ağ ölüm"lə mübarizədə deyil, şagirlərin, yeniyetmələrin sağlam, savadlı, vətənpərvər böyüməsinə də təkan verən amil olduğu qeyd edilib.

Tədbir iştirakçıları son illər ölkəmizdə narkomaniya ilə mübarizədə polisin rolunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, dərsə davamiyyəti zəif və çətin tərbiyə olunan şagirdlərin nizam-intizama dəvət edilməsində polisin fəaliyyətinin böyük rolu vardır. Gün-gündən qloballaşan narkomaniya adlı bəla, cinayətkar əməllərin çoxalmasına, kriminogen durumun dəyişməsinə səbəb olur. 

Qeyd olundu ki, keçirilən bu cür maarifləndirmə tədbirləri ictimaiyyət tərəfindən bəyənilir və təqdir olunur. Və bundan sonra belə tədbirlərin keçirilməsinin qarşıda duran ən ümdə vəzifələrdən biri olduğu tədbir iştirakçılarının diqqətinə catdırılıb.   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən digər məlumatda bildirilir ki, ölkəmizin müxtəlif bölgələrində polis veteranları cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənç əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında öz bilik və təçrübələrini bölüşürlər. Veteranlarımızın tövsiyyələri yaşadıqları bölgələrin ictimai həyatında öz müsbət təsirini göstərməkdədir. Son vaxtlar isə orta məktəblərdə narkomaniyanın və erkən nigahların, dini ekstremizmin fəsadlarına qarşı mübarizə, yeniyetmələr tərəfindən törədiləcək cinayət hadisələrinin qarşısının alınması məqsədilə maaridləndirmə tədbirlərinin  mütəmadi keçirilməsi polis veteranlarımızın qarşılarına qoyduğu ən ümdə vəzifələrdən birinə çevrilib. Belə tədbirlərdən biri  bu yaxınlarda Ağdaş şəhər 8 saylı tam orta məktəbində keçirilib. Tədbirdə "Azyaşlı və yeniyetmələr tərəfindən baş verə biləcək hüquq pozuntularının və cinayət hadisələrinin qarşısının alınması yolları" mövzusunda polis veteranları ilə şagirdlərin görüşü olub. Polis veteranları bir sıra maraqlı məsələlərə toxunublar. Ölkə qanunlarına riayət etmək yeniyetməlik dövründə başladığını qeyd edən polis veteranları gənçləri sağlam ruhda, vətəninə, xalqına layiqli vətəndaş kimi yetişmələri üçün  öz tövsiyyələrini verdilər.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh