Bakıda avtobusda "toy kalonkası": Aygün oxuyur, "feyziyab" edir – FOTO + VİDEO

Yazarlar 20 May 2017 17:30 Oxunub 4264
Bakıda avtobusda "toy kalonkası": Aygün oxuyur, "feyziyab" edir – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin zövqünü sürücülər 40-50 manat məbləğində cərimələnə bilər

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyə görə, şəhərdaxili marşrutlarda audio cihazlardan istifadə sərnişindaşıma qaydalarının pozulması hesab olunur. Bu qayda pozuntusuna görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulub. Bir sözlə, avtobuslarda audio cihazların, radio, maqnitofon və musiqi dinləmək üçün digər vasitələrin istifadəsi qəti qadağandır. Nəqliyyat vasitələrinin salonlarında səs-küy yaradaraq sərnişinlərin zövqünü və əsəblərini korlayan musiqilər oxudan sürücülər 40-50 manat məbləğində cərimələnə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə unikal.org bu sahədə bir sıra araşdırma aparıb. Məlum olub ki, bir neçə il bundan əvvəl şəhər daxili avtobuslarda bu istiqamətdə real tədbirlər görülsə də, hazırda bu məsələyə müvafiq qurumlar məhəl qoymurlar. Bu gün əksər sərnişin avtobuslarında bu hala rast gəlinir. Unikal.org-un əməkdaşı 165 saylı 10 TG 836 dövlət nömrə nişanlı avtobusda bu halı müşayət edib. Məlum olub ki, ev şəraitində istifadə edilən səsgücləndirici qurğunu avtobusa quraşdırılıb. Narazı sərnişinlərə məhəl qoymayan sürücü yüksək tonla, özünü diskotekada hiss edirmiş kimi yoluna davam edir. Həmin avtobusdan çəkilmiş video və fotoları oxuculara təqdim edir. Videoda Azərbaycanın məşhur xanım müğənnisi Aygün Kazımovanın musiqi sədaları altında sərnişinlər daşınır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh