Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü - FOTO

Avtoxəbər 20 May 2017 17:22 Oxunub 9078
Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hyundai" yolun kənarına aşıb

"Hundai" markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub. Həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur. Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb. Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

 

****

15.45

Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh