Dəhşətli qəzada ölənlərin adları və görüntüləri - FOTO-VİDEO

Gündəm 21 May 2017 00:44 Oxunub 26312
Dəhşətli qəzada ölənlərin adları və görüntüləri - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb. “Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

***

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərin hamısının kimliyi məlum olub. Onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət lu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.

APA






ŞƏRH YAZ
Ad

E-mail

Şərh