Balaxanı sakinləri avtobus çatışmazlığından əziyyət çəkirlər - VİDEO

Xəbərlər 21 May 2017 00:53 Oxunub 1474
Balaxanı sakinləri avtobus çatışmazlığından əziyyət çəkirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb qəsəbədə olan avtobus çatışmazlığıdır.

Paytaxtın Sabunçu rayonu, Yeni Balaxanı qəsəbəsinin bəzi sakinləri avtobus sarıdan əziyyət çəkirlər. Buna səbəb qəsəbədə olan avtobus çatışmazlığıdır. Sakinlərinin sözlərinə görə, qəsəbədə sadəcə bir avtobus xətti fəaliyyət göstərir. Həmin avtobusa minmək üçün sakinlər hər gün bir neçə kilometr yol qət etməli olurlar. Sakinlərin sözlərinə görə, uşaqlar hər gün məktəbə getmək üçün xeyli yolu piyada getməli olurlar. Qəsəbə sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən problem agentliyin mütəxəssisləri tərəfindən araşdırılacaq. Problemin həlli istiqamətində hansı addımın atılacağına bundan sonra qərar veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh