“İlk “Maşın Şou”da bizi aldadıb maşını vermədilər” - Murad Dadaşov

Yarışma 21 May 2017 01:32 Oxunub 4199
“İlk “Maşın Şou”da bizi aldadıb maşını vermədilər” - Murad Dadaşov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Murad Dadaşov “Survivor”ı da Bakıya gətirəcəyini bildirib

“İlk “Maşın Şou”da şirkət bizi aldatdı və maşını vermədilər. Biz də başqa şirkətlə danışdıq. İndiki şou da hələ başlamayıb, amma ətrafında çoxlu qalmaqallar var. Hələ başlamamış kimisi dedi gəlirəm, kimisi dedi gəlmirəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Murad Dadaşov jurnalistlərin suallarını cavablayan zaman deyib. İnsanların şounu maraqla gözlədiyini bildirən teleaparıcı hamıyla dost olmağa çalışdığını qeyd edib: “Hər kəs bura seçilib, dəvətimlə gəlir. Tapşırılan adamlar da olur, ancaq qəbul edilmir. Hətta pul təklif edənlər də var. Şounun istehsalat xərci yarım milyondur, şərikli iş ola bilməz. 13 şoudan 10-u məşhurlar olub. İndiyə kimi Elariz Faiq Ağayevi çıxaranda şoka düşmüşdüm, heç kim bunu gözləmirdi. Çünki o vaxt kimsə ad-sanı olana nəsə deməyə risk etmirdi. İndi hamı status sahibidir. Qalibə 30 min dollarlıq maşın veriləcəyini deyən şoumen heyətdə 9 yeni, 9 köhnə iştirakçı olacağını da qeyd edib.

M.Dadaşov son olaraq “Survivor”ı da Bakıya gətirəcəyini bildirib.

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh