Terror yoxsa, yol qəzası? - VİDEO

Avtosfer TV 21 May 2017 09:06 Oxunub 2087
Terror yoxsa, yol qəzası? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nyu-Yorkda avtomobilin piyadaların üstünə sürülməsi ilə bir nəfər həlak olub

Nyu-Yorkda avtomobilin piyadaların üstünə sürülməsi ilə 18 yaşlı bir qız həlak olub. Hadisə Times meydanında baş verib. 22 nəfərin xəsarət aldığı bildirilir. Onların 4-nün vəziyyəti ağırdır. İnsidentin terrorizmlə əlaqəsi yoxdur. Nyu -York polisi Federal Təhqiqat Bürosu ilə birgə istinataq aparır. Sərxoş vəziyyətdə maşın sürməklə əvvəllər ittiham edilən 26 yaşlı sürücü Riçard Rojas nəzarət altına alınıb. Onun sükan arxasında sərxoş olub-olmadı müəyyən ediləcək. Sürücünün idarə etdiyi qırmızı rəngli Honda maşını 45-ci küçə ilə Broadvey arasında iki təkəri üzərində qalıb.

Times meydanı restoranlar, mağazalar, və turistlərin ən çox olduğu rayondur. Buranı hər gün yüz minlərlə insan ziyarət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh