Kimdə belə maşın varsa dərhal yoxlatdırsın – Ustadan ŞOK VİDEO

Yazarlar 21 May 2017 02:20 Oxunub 8934
Kimdə belə maşın varsa dərhal yoxlatdırsın – Ustadan ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Perekidka" avtomobil sürənlərin nəzərinə; avtomobili «metallom»a verin

Xarici ölkələrdən gətirilən "perekidka" avtomobillərin nə qədər təhlükəli olduğu barədə Sahil usta danışaraq sürücüləri məlumatlandırıb. Avtosfer.az xəbər verir ki, sükanı sağdan sola dəyişərək ölkəmizə gətirilən avtomobillərdə daima problemlər yaşanır. Bu dəfə bir sürücünün avtomobilinin sükan idarə mexanizmində problem yarandığı üçün yolda qəzadan qurtularaq Sahil ustanın yanına üz tutub. Usta həmin avtomobilə baxış keçirən zaman məlum olub ki, "rulevoy kolonka"-nın boltları qırılıb. Həmin kolonka lazımi yerə bərkidilmədiyi üçün və onun bərkliyini saxlayan ehtiyyat hissələri olmadığı üçün onun boltları sınaraq yerindən çıxıb. Belə olan halda avtomobil idarəetmədən çıxaraq qəza baş verir. Ona görə usta bütün sürücülərə səslənərək bildirir ki, bu cür avtomobilləri almasınlar, belə avtomobili olan sürücülər isə avtomobilini çıxdaş edərək istismardan kənarlaşdırsın.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh