Bakıda qeyri-qanuni parklama halları azalır

Qaydalar 9 Noyabr 2014 07:01 Oxunub 2046
Bakıda qeyri-qanuni parklama halları azalır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-qanuni parklama ilə bağlı faktlar yol polisinə göndərilir

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameralarının quraşdırıldığı əsas küçə və prospektlərdə qeyri-qanuni parklama hallarında ötən illə müqayisədə azalma müşahidə olunur. Avtosfer.az xəbər verir ki, NİİM-in baş direktoru Elnur Abdullayev AzərTAc-a müsahibəsində bildirib ki, buna misal kimi, Bülbül prospektini və Üzeyir Hacıbəyov küçəsini göstərmək olar. Əgər 2013-cü ildə Bülbül prospektində qanunsuz parketmə ilə bağlı 9348 avtomobil qeydə alınmışdısa, 2014-cü ildə onların sayı 1473 olub. Üzeyir Hacıbəyov küçəsində isə qeyri-qanuni parklama halları 2708-dən 1263-ə enib. E.Abdullayev qeyd edib ki, parklamanın düzgün təmin olunması əsas məsələlərdəndir. Bununla əlaqədar qaydalar və qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər müvafiq qurumlara təqdim olunub. Həmçinin qeydə alınmış qeyri-qanuni parklama ilə bağlı faktlar Daxili İşlər Nazirliyinin aidiyyəti strukturlarına da göndərilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh