Bakıda “avoş” həbs edildi – 25 sutka - FOTO

Avtoxəbər 21 May 2017 07:47 Oxunub 6837
Bakıda “avoş” həbs edildi – 25 sutka - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, mayın 14-də “Mercedes” markalı, 99 DB 083 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mirismayıl Mirmusa oglu Musayev saxlanılıb. O, idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində “avtoş”luq edərkən tutulub. 1983-cü il təvəllüdlü Mirismayıl Musayevlə bağlı toplanmış materiallar Yasamal rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı isə sürücü M.Musayevə 25 gün inzibati həbs cəzası verilib. Bununla yanaşı, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh