Bakıda plyonkalı, “perodok”lu və nömrəsiz "07" peyda oldu – VİDEO

Avtoreyd 23 May 2017 00:45 Oxunub 20927
Bakıda plyonkalı, “perodok”lu və nömrəsiz "07" peyda oldu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü günün-günorta çağı oyun çıxardır

Sosial şəbəkələrdə blogger Bilal Nuriyev maraqlı bir video yayıb. Belə ki, gündüz vaxtı, şəhərin ortasında nömrəsiz, konstruksiya dəyişikliyi edilmiş və qabağı qaldırılmış, eyni zamanda şüşələri bütünlüklə tünd plyonkalı “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edir. Hadisə Ceyhun Hacıbəyli küçəsində, Hərbi Prokurorluğun yaxınlığında baş verib. Onun hərəkətlərini videoya çəkən digər avtomobil də eyni hərəkətlərə yol verir. Avtomobilin nömrəsiz olması onun sürücüsünü müəyyənləşdirməyi çətinləşdirsə də, kamerada onun üzü düşür və adının Məcid olduğu videonu çəkən şəxs tərəfindən bildirilir.

Avtosfer.az həmin görüntüləri təqdim edir: 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh