Həm qəza şəraiti yaradır, həm də adamı borclu çıxarır - Yalnız bizdə – VİDEO

Avtoreyd 22 May 2017 00:38 Oxunub 2616
Həm qəza şəraiti yaradır, həm də adamı borclu çıxarır - Yalnız bizdə – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beləsinə yol vermək lazım deyil

Avtosfer.az-ın qayda pozan sürücülərə qarşı reydi davam edir. Bu dəfə isə kameralarımıza maraqlı bir görüntü düşüb. Belə ki, qoşa xəttin tələbini pozaraq qarşı yola çıxan və geriyə dönmə etməyə çalışan 50 CV 588 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə öz təhlükəsizliyinə görə yol verən digər sürücü qəza ilə üzləşib. Qaydanı pozub dönmə etdikdən sonra yola belə baxmadan sağdan sola ötmə də edən “Mercedes”in sürücüsü digər avtomobilin yoluna çıxır və qəzaya səbəb olur. Eyni zamanda öz yolu ilə gedən sürücünü də “borclu çıxarmağa” çalışır.

Avtosfer.az həmin videonu təqdim edir:

 

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh