Toy karvanında “avtoşluq” etdi, saxlanıldı - FOTO

Qaydalar 21 May 2017 23:29 Oxunub 2269
Toy karvanında “avtoşluq” etdi, saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona 20 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan məhrumetmə cəzası verildi

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, özünə məxsus “VAZ 2107” markalı avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq edən Gəncə şəhər saini Rzayev Sərxan saxlanılıb. Polis əməkdaşları təhlükəsiz şəhər kamerasının görüntülərinə əsasən avtomobili və sahibini qısa müddətdə müəyyən edərək sürücünü məsuliyyətə cəlb edib.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə avtoxuliqan Sərxan Rzayev bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 20 sutka inzibatı həbs cəzası alıb. Saxlanılan şəxs törətdiyi əməldən peşman olmadığını deyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh