Bu yolda diqqətli olun - Kiçik bir səhv və 60 manat-3 bal - VİDEO

Yazarlar 22 May 2017 00:25 Oxunub 40358
Bu yolda diqqətli olun - Kiçik bir səhv və 60 manat-3 bal - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolaq üzrə düzgün getməsəniz 30 metr sonra DYP saxlayıb cərimə yazacaq

Xəbər verdiyimiz kimi, Bakının Yusif Səfərov küçəsindən Babək prospektinə ayrılan hissədə hərəkətin təşkilinə dəyişiklik olunub. Avtosfer.az xəbər verir ki, əvvəllər Yusif Səfərov küçəsindən Babək prospektinə gedən yolda iki zolaq var idi. Lakin Yusif Səfərov küçəsində genişləndirilmə işləri aparılandan sonra qeyd olunan yerdə daralma baş verdiyinə görə tıxac yaranırdı. Tıxacın qarşısının cüzi də olsa alınması üçün Babək prospektinə gedən yolun bir zolağı Heydər Əliyev prospekti istiqamətinə hərəkət edən nəqliyyat vasitələri üçün ayrıldı. Hazırda Babək prospekti istiqamətinə gedən nəqliyyat vasitələri üçün bir zolaq mövcuddur. Həmin yerə isə 1.1 (düz xətt) çəkilib. Bəzi sürücülər əvvəlki zolaqdan Babək prospektinə keçən zaman düz xətti tapdalayırlar ki, bu da qayda pozuntusudur. Bu qaydanı pozanları qarşıda xidmət aparan YPX əməkdaşları saxladaraq 60 manat 3 bal, bəzən 100 manat 4 bal cərimə edirlər. Lakin qanuna görə, bu halda yalnız 40 manat miqdarında cərimə yazıla bilər. Ümumiyyətlə isə burada hərəkətin təşkilində ciddi qüsurlar var.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh