Sərxoş taksi sürücüsü sərt dönüş edib qəza törətdi - FOTOLAR

Avtoxəbər 22 May 2017 01:35 Oxunub 2178
Sərxoş taksi sürücüsü sərt dönüş edib qəza törətdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində bir nəfər ağır yaralanıb

Lənkəranda sərxoş sürücü qəza törədib. Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Lənkəran şəhər sakini Kərimov Vəfadar Nuşirəvan oğlunun idarə etdiyi "VAZ-2107" markalı "42-BT-266" dövlət qeydiyyat nişanlı avtomaşın "Mercedes" markalı "42-BZ-193" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü ciddi xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zamanı sürücünün içkili olduğu müəyyənləşib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya elə "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, idarə etdiyi avtomaşınla sərt dönüş edib və yolla hərəkət edən "Mercedes"in yoluna çıxıb.

Faktla bağlı araşdırma aparılır.

 

 "Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh