Bakıda şok olay – Yol polisi iki sərnişini həbs etdi

Yol polisi 22 May 2017 11:00 Oxunub 10440
Bakıda şok olay – Yol polisi iki sərnişini həbs etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisə müqavimət göstərənlərin birinə 10, digərinə 15 gün həbs cəzası verilib

Bakıda qeyri-adı hadisə baş verib. Avtosfer.az-ın DYP-dən əldə etdiyi məlumata görə, yol polisi əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyən və onlara müqavimət göstərən iki sərnişin inzibati qaydada həbs edilib. Belə ki, “Daewoo” markalı, 10 TG 728 dövlət nömrə nişanlı avtobusu idarə edən Sahib Adil oglu Yusifov Nərimanov rayonu ərazisində nəqliyyat vasitəsini sarı zolağa çıxararaq İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını daşıyan avtobusa yol verməyib. Buna görə də, yol polisi əməkdaşları sürücünü saxlayaraq yoldan kənarlaşdırıblar və cərimə yazıblar. Bu zaman avtobusdan düşən iki sərnişin polislə mübahisə edərək onların xidməti vəzifəsini yerinə yetirməsinə mane olublar. Polislərlə mübahisə edən sərnişinlər 30 yaşlı İsmayilov Namaz Novruz oğlu və 19 yaşlı Mehdiyev Qurban Şahin oğlu olub. Onlar DYP əməkdaşları tərəfindən Nərimanov rayon 17-ci polis bölməsinə aparılıblar. Burada toplanmış materiallar Nərimanov rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Namaz İsmayılov 15, Qurban Mehdiyev isə 10 gün inzibati həbs cəzası ilə cəzalandırılıblar. Onların hər ikisi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh