Azərbaycanda daha bir şok qəza - 07-ni 140-la sürdü, dərəyə yuvarlandı – VİDEO

Qəzalar 16 İyun 2017 12:28 Oxunub 5901
Azərbaycanda daha bir şok qəza - 07-ni 140-la sürdü, dərəyə yuvarlandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Musiqinin təsirindən coşan gənclər bir anda uçuruma düşdülər

Oxucumuz tərəfindən Avtosfer.az-ın elektron ünvanına maraqlı video göndərilib. Belə ki, rayonlara gedən yolların birində (ehtimal ki, Salyan-Biləsuvar ərazisi) VAZ 2107 markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edir. Avtomobildəki maqnitofona səs verib musiqinin sədaları altında daha da coşan sürücü avtomobili 120, daha sonra isə 140-la idarə edir. Lakin sərt döngələrin olduğu yolda idarəetməni itirərək yolun kənarına yuvarlanır. Son olaraq sürücünün “yaxşı qurtardıq” sözləri özünün çəkdiyi videonu tamamlayır. 

Lakin hər zaman sonluq belə xoşbəxtliklə olmaya bilər. Elə maqnitafonda oxuyan musiqiyə uyğu olraq bir dəfə də Qazağa deyil, Əzrayilə salam vermək olur. Avtosfer.az həmin videonu təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh