Rusiya Azərbaycana “Isuzu” markalı yük avtomobilləri ixrac edəcək

Avtoxəbər 22 May 2017 11:14 Oxunub 1455
Rusiya Azərbaycana “Isuzu” markalı yük avtomobilləri ixrac edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zavodun ümumi ixracının 5%-ə çatdırılması planlaşdırılır

Yaponiyanın avtomobil istehsalçısı olan “Isuzu” şirkəti 5 il bundan əvvəl Rusiyanın Ulyanovsk bölgəsində açdığı zavodunda 40 ton yükgötürmə qabiliyyətinə malik “Isuzu E-Series” markalı yük maşınlarının istehsalına başlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, indiyə qədər bu müəssisədə “Isuzu”nun 5-18 ton yükgötürmə qabiliyyəti olan yüngül və orta tonnajlı modelləri yığılıb. Ötən il bu modellərin istehsal həcmi 2 700 ədəd olub. Bu il isə Ulyanovskda 60% çox - 4 300 ədəd yük maşınının yığılması planlaşdırılır. Zavodun hədəfi isə illik istehsal həcmini 10 min ədədə çatdırmaqdır. Qeyd olunur ki, hazırda Rusiyada yalnız avtomobillərin ən sadə detalları (30%) hazırlanır, mühərrik və sürət qutuları isə xaricdən tədarük olunur. Hazırda Ulyanovskda istehsal olunan yük avtomobilləri Rusiya ilə yanaşı Belarus və Qazaxıstanda da satılır. Bu ildən isə “Isuzu” markasının Azərbaycan bazarına çıxarılması, zavodun ixracının 5%-ə çatdırılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh