"Ford"un baş direktoru istefa verir

Avtoxəbər 22 May 2017 11:20 Oxunub 988
"Ford"un baş direktoru istefa verir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fildsin istefası barədə rəsmi bəyanat da artıq gözlənilir

Amerikanın "Ford Motor Co." avtomobil konserninin baş direktoru Mark Filds istefaya hazırlaşır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, onu bu postda "Ford Smart Mobility LLC" şirkətinin filial rəhbəri Ceyms Cakett əvəz edəcək. Fildsin istefası barədə rəsmi bəyanat da artıq gözlənilir. Xəbəri KİV-lərə sızdıran mənbənin bildirdiyinə görə, istefa "Ford"un Direktorlar Şurası sədrinin Fildsə etibarının itməsi ilə bağlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh