Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər

Yeniliklər 22 May 2017 11:27 Oxunub 1498
Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni dəyişikliklə əsasən, qərarın 3.10-cu bəndinin "Qeyd"i ləğv edilib

Nazirlər Kabineti (NK) "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərara dəyişiklik edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yeni dəyişikliklə əsasən, qərarın 3.10-cu bəndinin "Qeyd"i ləğv edilib. Əvvəlki varianta əsasən, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməli idi. Yeni dəyişikliyə görə isə həmin hissə ləğv edilib. Yeni dəyişikliyə görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətinin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir. Dəyişikliyi şərh edən ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, yeni qaydalara görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, həmin şəxs sürücülük vəsiqəsini dəyişdirməlidir: "Yəni, köhnə qərarda bu məsələ yox idi. Digər bir məsələ isə odur ki, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməsinə ehtiyac yoxdur. Yəni, həmin şəxs əgər bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, o həmin vaxt Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətini və sürücülük vəsiqəsini Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat Bölməsinə təqdim edib dövlət rüsumunu ödəməklə Azərbaycan Respublikasının sürücülük vəsiqəsini əldə edə bilər. Həmçinin, bu vaxt sürücünün xarici sürücülük vəsiqəsi də özünə qaytarılır". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh