Sarı zolaqda hərəkətə nə vaxt icazə veriləcək - DYP dəqiq tarixi açıqladı

Gündəm 22 May 2017 14:23 Oxunub 29925
Sarı zolaqda hərəkətə nə vaxt icazə veriləcək - DYP dəqiq tarixi açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydanı pozan sürücülər 40 manat cərimə olunur

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi olsa da, sarı zolaq qadağası mayın 25-nə kimi davam edəcək.  Avtosfer.az xəbər verir ki, bu zolaqda yalnız oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər. Qaydanı pozan sürücülər 40 manat cərimə olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, sarı zolaqlarda hərəkətə mayın 25-də yox, 26-da icazə veriləcək: "Bunu əvvəldən də demişdik, bir daha xatırladırıq ki, sarı zolaqlarda digər avtomobillərin hərəkətinə mayın 26-dan etibarən icazə veriləcək".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh