Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Yol polisi 23 May 2017 12:52 Oxunub 1448
Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

Mayın 5-dən bu günə kimi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1319 sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib. Qeyd edək ki, aidiyyəti olmayan avtomobillərin zolağa daxil olması səbəbilə həmin avtomobillərin sürücüləri 40 manat məbləğində cərimə olunublar. Artıq bu gün saat 12.00-dan etibarn tətbiq olunan qadağa aradan qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh